“Qələbəmizdə əsas rolu fiziki hazırlıq oynadı”

“Sabah” basketbol klubu ölkə çempionatının yarımfinal pley-off sıralamasının 2-ci oyununda da “Neftçi”ni üstələdi – 86:77. Allsport.az saytı xəbər verir ki, Bakı idman sarayında keçirilən görüşdən sonra qalib komandanın baş məşqçisi Rimas Kurtinaytis bunu söyləyib:

“Rəqib ilk oyunda olduğu kimi bu dəfə də tam qüvvəsi ilə mübarizə apardı. Düşünürəm ki, qələbəmizdə əsas rolu fiziki hazırlıq oynadı. Qələbəyə görə sevinsək də, bu oyun artıq keçmişdə qaldı. Növbəti oyunu düşünməliyik.

Ribaundlarda səhvlərimiz oldu. Ümumi götürsək səhvlər də oyunun bir hissəsidir. Buna baxmayaraq oyunçularımızın xarakter nümayiş etdirdiklərinə görə həm sevinirəm, həm də onlara təşəkkür edirəm”.

Həmin kateqoriyadan