- Baxış sayı: 78
- 22 Aprel 2025 15:58
- Baxış sayı: 40
- Aprel 27, 2025
- 0
1-6 mart tarixlərində Azərbaycan şahmat federasiyası, “Nəfəs” ictimai birliyi və “Məmmədyarovlar” şahmat məktəbinin təşkilatçılığı ilə tanınmış ictimai-siyasi xadim, IV çağırış Milli Məclisin üzvü olan Qənirə Paşayevanın xatirəsinə beynəlxalq şahmat turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, sayca 2-ci dəfə təşkil olunacaq turnir ictimai-siyasi xadimin 50 illik yubileyi ərəfəsinə təsadüf edir.
Azərbaycanı yarışda Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Türkan Məmmədyarova təmsil edəcək. Eyni zamanda yarışda Nilufər Yakubbayeva (Özbəkistan), Assel Serikbay (Qazaxıstan), Gülenay Aydın (Türkiyə) və Nurgül Səlimova (Bolqarıstan) da iştirak edəcəklər.
Beynəlxalq şahmat turniri “Ləndmark” mehmanxanasının “Rotunda” zalında baş tutacaq. Yarışın açılış mərasimi martın 2-də olacaq. Turnir rapid və blits üzrə təşkil olunacaq. Qalib hər iki növdə nəticənin cəminə əsasən müəyyənləşəcək.
Mötəbər turnirin baş hakimi Faiq Həsənov olacaq. “Nəfəs”in baş himaədarlığı ilə turnirin ümumi mükafat fondu 30 000 AZN təşkil edir.