Qətər əmirinin Messiyə hədiyyə etdiyi geyim hansı mənanı daşıyır?

Dünya Kubokunun mükafatlandırmasında Argentina millisinin kapitanı Lionel Messinin əba diqqət çəkib. Allsport.az saytı xəbər verir ki, Qətər əmiri Təmin bin Həməd əs-Saninin ona hədiyyə etdiyi bu geyim “Bişt” adlanır.

Qətər kişilərinin geyindiyi və ərəb mədəniyyətini əks edən bu geyim ən dəbdəbəli parçadan hazırlanır və yalnız mühüm bayramlarda nazirlər, eləcə də digər vəzifəli şəxlər tərəfindən geyinilir. Ərəb mədəniyyətinə görə, sözü gedən libası geyinmək üçün bu şərəfə nail olmaq lazımdır.

Argentina finalda (əsas və əlavə vaxt 3:3, penaltilər seriyasında – 4:2) Fransaya qalib gələrək mundialın qalibi olub. 35 yaşlı ulduz futbolçu yarışın “ən yaxşı oyunçu”su seçilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish