Qadın güləşçilər dünya çempionatına qardaş ölkədə hazırlaşır

Qadın güləş millisi baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi ilə Türkiyədə təlim-məşqi davam etdirir.

Allsport.az saytı xəbər verir ki, avqustun 26-dan İstanbulun Sarıyer bölgəsində yerləşən bazada Azərbaycan, Türkiyə, Moldova və Bolqarıstan yığmaları iştirak edir.

Sentyabrın 10-18-də Serbiyada dünya çempionatına hazırlıq xarakteri daşıyan birgə toplanış ayın 7-dək davam edəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish