- Baxış sayı: 104
- 21 May 2025 20:43
- Baxış sayı: 104
- May 21, 2025
- 0
Serbiyanın Zlatibor şəhərində keçirilən məktəblilər arasında gimnaziadada güləş yarışlarına yekun vurulub.
Allsport.az xəbər verir ki, bu gün qadın güləşi üzrə medalçılar müəyyənləşib.
Gimnaziadaya məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında yollanan komandanın 6 üzvü fəxri kürsüyə qalxıb .
Komanda Serbiyada 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb.
Rəna Nuriyeva (62 kq) qızıl, Fidan Babayeva (39 kq), Günel Kərimli (50 kq) və Simurə Abdullayeva (66 kq) gümüş, Gülay Xasməmmədova (33 kq) və Gülnar Ağadadaşova (42 kq) isə bürünc medala layiq görülüblər.