Qadın voleybol millisi ardıcıl 10-cu dəfə Avropa çempionatının finalında!

Qadın voleybol millisi Avropa çempionatının təsnifatında “D” qrupunda sonuncu oyunda Avsrtiyada meydan sahibələrinə qalib gəlib – 3:1 (25:14, 25:20, 23:25, 25:15).

Allsport.az saytı xəbər verir ki, bununla da Azərbaycan ardıcıl 10-cu dəfə final mərhələsində çıxış edəcək. Bu ənənəni Avro-2005-də başlayan komandamız, 2 dəfə turnirin yarımfinalçısı olaraq, sonda 4-cü yeri tutub.

Bu dəfə voleybolçularımız 4 ölkədə təşkil olunan Avro-2023-ə yüksəlib. Yarışın final mərhələsi Belçika, İtaliya, Estoniya və Almaniyada keçiriləcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish