Qadın voleybolçular əvəz matçı üçün Gürcüstana yola düşüb

Avropa çempionatının təsnifatında “D” qrupunda mübarizə aparan qadın voleybolçularımız növbəti oyununu avqustun 24-də səfərdə Gürcüstana qarşı keçirəcək.

Allsport.az saytı xəbər verir ki, Tiflisdə “Yeni voleybol arena”da görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Millimiz qrupda ilk oyununda Gürcüstana 3:0 qalib gəlib. “D” qrupunda digər rəqiblər Sloveniya və Avstriyadır.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish