Qadınlardan ilk yenilgi, kişilər 11-ci yerə yüksəldi

Hindistanın Çennay şəhərində ümumdünya şahmat olimpiadası davam edir. Allsport.az saytı xəbər verir ki, 7-ci turda qadınlar yarış ərzində ilk yenilgini alıblar. Baxmayaraq ki, ik lövhədə Günay Məmmədzadə əmsalda öndərlərdən olan Hampi Koneru üstələmişdi. Kişilər növbəti qələbə ilə bir qədər də yüksəliblər. Qadınlar 11 xalla 6-cı pilləyə ediblər. Kişilər 11 xal ilə 11-cidir.

Azərbaycan – İsrail – 3:1

Şəhriyar Məmmədyarov – Avital Boruçovski (0,5:0,5)
Qədir Hüseynov – İlya Smirin (1:0)
Vasif Durarbəyli – Maksim Rodşteyn (1:0)
Nicat Abbasov – Yevgeni Postnı (0,5:0,5)

Azərbaycan – Hindistan – 1,5:2,5

Günay Məmmədzadə – Hampi Koneru (1:0)
Xanım Balacayeva – Harika Dronavali (0,5:0,5)
Gövhər Beydullayeva – R Vaişali (0:1)
Ülviyyə Fətəliyeva – Tania Sadçev (0:1)

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish