“Qalatasaray”da Fateh Tərim dönəmi bitdi

“Qalatasaray” baş məşqçi Fateh Tərimlə yolunu ayırıb. Allsport.az saytı xəbər verir ki, 68 yaşlı mütəxəssis, bu gün klub prezidenti Burağ Elmasla görüşdən sonra vəzifəsindən ayrılıb.

Onunla görüşün ardından “sarı-qırmızlılar”ın idarə heyətinin iclası olub və baş məşqçinin istefası səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə “Qalatasaray”a rəhbərlik edən Fateh Tərimin “aslanlar”da 4-cü dönəmi 2017-2022-ci illəri əhatə edib.

Komanda 20 turdan sonra 27 xalla 20 komanda arasında 12-cidir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish