“Qalatasaray”ın yetirməsi, RPL-də

Türkiyənin “Altynordu” klubunun hücumçusu Emircan Gürlük karyerasını Rusiya premyer liqasında (RPL) davam etdirəcək. 

Allsport.az xəbər verir ki, 19 yaşlı futbolçu “Orenburq”la müqavilə imzalayıb. 

“Transfermarkt”a görə futbolçunun bazar qiymətini 350 min avrodur.

Gürlük Türkiyə çempionatının cari mövsümündə 29 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib. Emircan “Qalatasaray”ın yetirməsidir. Futbolçu 2019-cu ildən “Altınordu”da çıxış edirdi.

Həmin kateqoriyadan