Qaliblər mükafatlandırıldı

İyunun 4-də Bakı su idmanı sarayında Türk dövlətləri təşkilatına üzv və müşahidəçi ölkələrin idmançılarının iştirakı ilə “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan üzgüçülük federasiyasının vitse-prezidenti Xaliq İldırımzadə və digər rəsmi şəxslər təqdim ediblər.

Bu gün yarışlarda 30-34, 35-39, 40-44, 45-49, 50-54, 55-59, 60 və yuxarı yaş qruplarından olan iştirakçılar öz bacarıqlarını nümayiş etdiriblər.

İyunun 5-də 9 yaşdan kiçiklər, 9-10, 11-12, 13-14, 15-16, 17-19, 20-24 və 25-29 yaş qruplarını təmsil edən üzgüçülər mübarizə aparacaqlar.

Həmin kateqoriyadan