- Baxış sayı: 39
- 14 Mart 2025 22:51
- Baxış sayı: 57
- Mart 14, 2025
- 0
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun köməkçiləri olan həmyerliləri – Mixail Savk ilə Stepan Matveyev Azərbaycana qayıtmayacaq. Allsport.az saytı xəbər verir ki, onlar ailə vəziyyətləri ilə əlaqədar artıq bu komandada çalışmaq istəməyiblər.
Onlarla yanaşı, “qara-qırmızılar”ın braziliyalı yarımmüdafiəçisi Dodo ilə də yol ayrılıb. O, klubla yeni müqavilə imzalamaq istəməyib. Nəticədə, tərəflər yolları ayırmağa qərar veriblər. Bu orta sahə oyunçusu 2011-ci ildən “Qəbələ”də çıxış edirdi.