- Baxış sayı: 27
- 20 Sentyabr 2024 10:00
- Baxış sayı: 43
- Sentyabr 19, 2024
- 0
Dünən “Qarabağ” Antalya toplanışında sonuncu məşqinə çıxıb. Allsport.az saytı xəbər verir ki, son hazırlıq axşam saatlarında baş tutub. Futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib.
Məşq ikitərəfli oyunla yekunlaşıb. Mikrozədələri olan iki futbolçu – Miçel Madera və Abdullah Zubir komandaya qoşulub. Digər zədəli futbolçu Reynaldo Silva isə fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.
Bu gün Ağdam klubu 13:00-da Ukraynanın “Şaxtyor” klubu ilə yoxlama matçı keçirəcək. Qarşılaşma “CBC Sport” telekanalı vasitəsiylə canlı yayımlanacaq.