Qarabağ atları Moskvada beynəlxalq sərgidə

Qarabağ atları Moskvada keçirilən XXI beynəlxalq at sərgisində nümayiş olunur.

Allsport.az xəbər verir ki, noyabrın 28-dən dekabrın 1-dək “Sokolniki” sərgi və konqres mərkəzində keçirilən “Ekviros” adlı sərgidə ilk dəfə olaraq Azərbaycanın qüruru olan nadir cins Qarabağ atları iştirak edir.

Qarabağ atlarının Moskvada keçirilən sərgidə iştirakında atçılıq federasiyası, Rusiyanın azərbaycanlı gənclər birliyi və Qarabağ atlarının populirizasiyası ilə məşğul olan “Unicorn Challange” kompaniyası xüsusi dəstək göstərir.

Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın adət-ənənələri və mədəniyyəti ilə tanış olmaq imkanı əldə ediblər. Nümayəndə heyəti izləyicilərə Qarabağ atları, onların tarixi və xüsusiyyətləri haqqında geniş məlumat verib.

Sərgidə, 4 gün ərzində təqribən, 300 atın iştirakı planlaşdırılmışdır.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish