“Qarabağ” bu göstəricidə Avropada 3 klubdan biridir

Premyer liqanın 11-ci turunda “Turan Tovuz”a 3:0 qalib gələn “Qarabağ”, Avropada bu mövsüm xal itirməyən 3 komandadan biridir. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu yerli çempionatda ilk 10 görüşün hamısında qalib gəlib.

“Qarabağ”la yanaşı, Lüksemburqda “Düdelanj” (10), Yunanıstanda “Panatinaikos” (9) da yerli çempionatda bütün oyunlarda qələbə qazanıb. Top fərqində “Düdelanj” üstündür – 36:8. “Qarabağ”da top fərqi 31:7, “Panatinaikos”da isə 15:2-dir. 

Top fərqində “Düdelanj” üstündür – 36:8. “Qarabağ”da top fərqi 31:7, “Panatinaikos”da isə 15:2-dir.

Ehtiyatında bir oyunu da olan “köhlən atlar” hazırda 30 xalla liderdir. Qurban Qurbanovun komandası 12-ci turunda “Şamaxı”nın qonağı olacaq. Görüş oktyabrın 30-də keçiriləcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish