“Qarabağ” – “Frayburq” matçı Belarus hakimlərinə tapşırıldı

Avropa liqasının “G” qrupunun 6-cı turunda Bakıda keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya) matçına hakim təyinatları açıqlanıb.

Allsport.az saytı xəbər verir ki, qarşılaşmanı Belarusdan olan briqada idarə edəcək. Baş referi Aleksey Kulbakovdur. Ona yan xətlərdə Dmitri Juk və Aleh Maslianka köməklik göstərəcəklər. 4-cü ədalət təmsilçisi Dmitri Dmitriyev olacaq.

3 noyabrda Tofiq Bəhramov adına respublika stadionunda matç saat 21:45-də başlayacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish