“Qarabağ” – “Frayburq” matçının biletləri satışa çıxarılıb

Avropa liqasının “G” qrupunda “Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya) oyununun biletləri bu gün satışa çıxarılıb. Allsport.az saytı xəbər verir ki, qiymət müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
İticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
“Park Bulvar”da “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (11:00-22:00).

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish