- Baxış sayı: 34
- 06 Fevral 2025 19:24
- Baxış sayı: 115
- Fevral 05, 2025
- 0
Premyer liqada 2-ci dövrəyə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, dövrənin 7 turunda keçirilən 28 qarşılaşmada 73 qol vurulub. Orta məhsuldarlıq 2,61-ə bərabər olub. Yalnız 1 heç-heçənin qeydə alındığı dövrənin ən yaxşısı “Qəbələ”dir. “Qarabağ”la eyni – 18 xal toplayan “qırmızı-qaralar” həm şəxsi oyun, həm top fərqində son 7 turda hamıdan öndə qərarlaşıb.
“Qəbələ” 18 qolla məhsuldarlıqda, 3 top buraxan “Qarabağ” müdafiənin etibarlılığında fərqlənib. “Zirə” dövrənin 3-cüsü, “Neftçi” 4-cüsü olub. 2-ci dövrədə keçirdiyi bütün oyunlarda uduzan “Keşlə” bu 7 matçda xal qazanmayan yeganə komandadır.
Qeyd edək ki, “Qarabağ” 16 xalla 6 oyun keçirdiyi ilk dövrənin qalibi olmuşdu.