- Baxış sayı: 39
- 14 Mart 2025 22:51
- Baxış sayı: 43
- Mart 14, 2025
- 0
“Qarabağ” İtaliyanın B Seriyasında çıxış edən “Çittadella”nın futbolçusu Cüzeppe Panikonun transferi üçün qarşı tərəfə təklif yollayıb. Allsport.az “Sky Sport”a istinadən xəbər verir ki, Ağdam klubu ilə yanaşı 22 yaşlı hücumçunu B Seriyasının bir neçə klubu da transfer etmək istəyir.
Xəbərdə Panikonun mövsümün sonuna qədər “Çittadella”da qalmaq fikrində olduğu vurğulanıb. Bu səbəbdən də onun “Qarabağ”a keçmək ehtimalı aşağıdır.
Paniko İtaliyanın U-17, U-18, U-19 və U-20 yığmalarında oynayıb. “Cenoa”nın yetirməsi 2018-ci ildən “Çittadella”da çıxış edir.