- Baxış sayı: 24
- 20 Yanvar 2025 18:29
- Baxış sayı: 156
- Yanvar 19, 2025
- 0
UEFA Avropa liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Lion” (Fransa) oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.
Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
VVIP “C” və VVIP “D” sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Satış məntəqələri:
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park bulvardakı “Qarabağ” FK-nın fan-şopu;
Tofiq Bəhramov adına respublika stadionunun kassaları;