“Qarabağ” – “Nant” görüşü 1-dəqiqəlik sükutla başalaya bilər

Avropa liqasının “G” qrupunda sabah keçiriləcək “Qarabağ” – “Nant” (Fransa) matçı 1-dəqiqəlik sükutla başalaya bilər. Allsport.az saytı xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

O, Ermənistanın törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbiçilərimizə görə matçın sükutla başlaması üçün, klub tərəfindən UEFA-ya müraciət olunduğunu bildirib. Qeyd edib ki, UEFA-nın hansı qərar verəcəyi sabah bilinəcək.

Sentyabrın 15-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish