“Qarabağ” qitənin 49-cusudur

“Qarabağ” beynəlxalq futbol tarixi və statistikaları federasiyasının (IFFHS) açıqladığı klubların Avropa reytinqində ilk 50-likdə yer alıb. Allsport.az xəbər verir ki, Ağdam təmsilçisi aktivindəki 139 xalla 49-cu sırada qərarlaşıb.

Azərbaycanın reytinqdəki digər təmsilçisi “Neftçi” 66,5 xalla 146-cıdır. Ümumilikdə 265 klubun olduğu siyahıda “Zirə” 253-cü pillədə (50,25 xal) qərarlaşmaqla kifayətlənib.

Avropa reytinqinə İngiltərə təmsilçisi “Liverpul” başçılıq edir. İlk 3-lükdə “Çelsi” və “Mançester Siti” də yer alıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish