Qarabağ savaşında qılıncoynatma ailəsinin üzvü də iştirak edib

Azərbaycanın şanlı qələbəsi ilə bitən 2-ci Vətən müharibəsinin iştirakçıları arasında qılıncoynatma ailəsinin üzvü də var. Allsport.az saytı xəbər verir ki, Fərhad Elxan oğlu Məmmədov Türkiyədə təhsilini başa vurduqdan sonra, yayda ordu sıralarına qoşulub.

O, savaşın ilk günlərindən cənub istiqamətində gedən hərbi əməliyyatlarda döyüşüb; Füzuli, Cəbrayılın işğaldan azad olunmasında iştirak edib. Fərhad dünya qılıncoynatmasının əfsanəsi Yaşar Məmmədovun nəvəsidir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish