- Baxış sayı: 30
- 12 Dekabr 2024 23:47
- Baxış sayı: 100
- Dekabr 11, 2024
- 0
“Qarabağ” – Bakıda keçirilən BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyasında (COP-29) futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratması təşəbbüsü ilə çıxış edib. Allsport.az saytı xəbər verir ki, toplantıya Ağdam komandasının prezidenti Tahir Gözəl qatılıb.
Bu təşəbbüs COP-29 sədrliyi və BMT-nin idman və iqlim dəyişikliyi üzrə departamenti (YUNFCCC) tərəfindən dəstəklənib. Tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın “Nəsimi” zalında baş tutacaq.
Dünyanın, xüsusilə Avropanın iqlim dəyişikliyi və dayanıqlılıq sahəsində tanınmış və təcrübəli futbol klubları “Qarabağ”ın dəvətini qəbul edərək, bu əhəmiyyətli toplantıda iştiraklarını təsdiqləyiblər.