“Qarabağ” üçün 4 potensial rəqib

“Qarabağ”ın çempionlar liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 4-ə enib.

Allsport.az xəbər verir ki, səpələnmişlər səbətində yer alan Ağdam təmsilçisi nisbətən aşağı reytinqli “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Tirana” (Albaniya) və ya “Sileks”lə (Şimali Makedoniya) rəqib olacaq.

Bu gün İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə 14:00-da başlanacaq.  

Həmin kateqoriyadan