“Qarabağ” və “Liv Bona Dea Hospital” arasında əməkdaşlıq

“Qarabağ” ilə “Liv Bona Dea Hospital” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Allsport.az saytı xəbər verir ki, anlaşmaya klubun direktoru Əmrah Çəlikəl və xəstəxananın baş direktoru Tanər Özbək qol çəkiblər.

Razılaşmaya əsasən, “Liv Bona Dea Hospital” komandanın əsas, əvəzedici və akademiyanın tərkibində olan heyətə tibbi xidmət göstərəcək. “Köhlən atlar” da öz növbəsində, stadionun və məşq meydaçalarının reklam lövhələrinə qospitalın adını əlavə edəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish