- Baxış sayı: 74
- 07 Noyabr 2024 23:41
- Baxış sayı: 237
- Noyabr 06, 2024
- 0
Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. Allsport.az xəbər verir ki, bu mərhələdə mübarizə aparacaq iki Azərbaycan klubu – “Qarabağ”la “Qəbələ” də rəqiblərini tanıyıb.
Qeyd edək ki, Avroliqanın pley-off mərhələsində bütövlükdə 44 klub mübarizə aparacaq. Onlardan 15-i son Azərbaycan çempionu “Qarabağ” da daxil olmaqla Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində mübarizəni dayandıraraq, Avroliqaya düşənlərdir: “Ayaks” (Hollandiya), “Sparta” (Çexiya), “Fənərbaxça” (Türkiyə), “Yanq Boyz” (İsveçrə), “Panatinaikos” (Yunanıstan), “Zalsburq” (Avstriya), “Styaua” (Rumıniya), “Lex” (Poznan), “Milsami” (Moldova), HJK (Finlandiya), “Midtyulland” (Danimarka), “Viktoriya” (Çexiya), “Molde” (Norveç), “Videoton” (Macarıstan).
Qalan 29 iştirakçı isə “Qəbələ” kimi, Avroliqanın üçüncü təsnifat mərhələsinin qalibləridir: “Borussiya” (Dortmund, Almaniya), “Rubin” (Rusiya), “Atletik” (İspaniya), “AZ Alkmaar” (Hollandiya), PAOK (Yunanıstan), “Standard” (Belçika), “Legiya” (Polşa), “Bordo” (Fransa), “Sent-Etyen” (Fransa), “Slovan” (Çexiya), “Sauthempton” (İngiltərə), “Krasnodar” (Rusiya), “Belenenseş” (Portuqaliya), “Rosenborq” (Norveç), “Hayduk” (Xorvatiya), “Zarya” (Ukrayna), “Atromitos” (Yunanıstan), “Tyun” (İsveçrə), “Astra” (Rumıniya), “Dinamo” (Minsk, Belarus), “Yablonets” (Çexiya), “Altax” (Avstriya),
“Jilina” (Slovakiya), “Bröndbü” (Danimarka), “Voyvodina” (Serbiya), “Rabotniçki” (Makedoniya), “Odd” (Norveç), “Kayrat” (Qazaxıstan).
Püşk zamanı hər iki komandamız səpələnməmişlər səbətində yer almışdı ki, bu da onları nisbətən güclü rəqiblərlə üz-üzə qoyacaqdı. Belə ki, təmsilçilərimizin pley-off mərhələsindəki bütün potensial rəqiblərinin siyahısı, yəni səpələnmişlər səbətində yer alan klublar bunlar idi:
“Borussiya” (Dortmund, Almaniya), “Ayaks” (Hollandiya), “Rubin” (Rusiya), “Atletik” (İspaniya), “AZ Alkmaar” (Hollandiya), “Zalsburq” (Avstriya), “Viktoriya” (Çexiya), PAOK (Yunanıstan), “Styaua” (Rumıniya), “Yanq Boyz” (İsveçrə), “Sparta” (Çexiya), “Fənərbaxça” (Türkiyə), “Standard” (Belçika), “Legiya” (Polşa), “Bordo” (Fransa), “Panatinaikos” (Yunanıstan), “Lex” (Poznan), “Sent-Etyen” (Fransa), “Slovan” (Çexiya), “Sauthempton” (İngiltərə), “Krasnodar” (Rusiya), “Belenenseş” (Portuqaliya).
UEFA ənənəvi olaraq püşk öncəsi klubları reytinqlərinə uyğun qruplara da bölmüşdü. Belə ki, “Qarabağ” bu beş klubdan biri ilə qarşılaşa bilərdi: “Ayaks” (Hollandiya), PAOK (Yunanıstan), “Yanq Boyz” (İsveçrə), “Standard” (Belçika), “Sent-Etyen” (Fransa).
Püşk Azərbaycan çempionunu İsveçrə təmsilçisi “Yanq Boyz”la üz-üzə qoyub. Təmsilçimiz ilk oyunu səfərdə, cavab matçını evdə keçirməlidir.
“Qəbələ” isə bu altı klubdan birinə rəqib ola bilərdi: “Borussiya” (Dortmund, Almaniya), “AZ Alkmaar” (Hollandiya), “Sparta” (Çexiya), “Panatinaikos” (Yunanıstan), “Sauthempton” (İngiltərə), “Krasnodar” (Rusiya).
Püşk “Qəbələ”ni Yunanıstan nəhəngi “Panatinaikos”a rəqib edib. Bölgə təmsilçisi də püşkə əsasən ilk matçını səfərdə keçirməlidir.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə ayın 27-də keçiriləcək.