“Qarabağ”dan 500-cü qələbə

Ağdam klubu ölkə çempionatlarında 500-cü qələbəsini 18-ci turda səfərdə “Səbail” üzərində qazanıb (3:0).

Allsport.az saytı xəbər verir ki, “köhlən atlar” 1992-ci ildən keçirilən yarışın tarixinə 500 qələbə qazanan ilk komanda kimi düşüb. Bu yubiley 871-ci oyunda qeydə alınıb.

“Qarabağ”ın ilk qələbəsi 1992-ci il mövsümünə təsadüf edib. Mayın 6-da Kürdəmir “Şirvan”ını qəbul edən ağdamlılar 6:0 hesabı ilə qalib gəliblər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish