- Baxış sayı: 19
- 22 Yanvar 2025 12:08
- Baxış sayı: 180
- Yanvar 19, 2025
- 0
Bu gün premyer liqada 26-cı tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, bütün görüşlər bir gün olub. Yarışın öncülü “Qarabağ” rəqib meydanında “Zirə”yə 3:0 qalib gəlib.
Çempionluğa iddialı “Neftçi” yenə xal itirib. Evdə “Sumqayıt”la matçda 2:3 uduzan “ağ-qaralar” sona 2 tur qalmış qızıl medal fürsətini əməli olaraq itirib.
“Səbail” öz meydanında “Qəbələ”dən üstün olub (2:1) bürünc medala doğru növbəti inamlı addımı atıb. “Sabah” və “Keşlə” arasında görüş sülhlə nəticələnib (1:1).