“Qarabağ”dan güzəştli addım

Dekabrın 17-də saat 17:00-dan 20:30-dək “Qarabağ”ın futbolçuları Qara QarayevKadi Borges klubun “Park Bulvar” alış-veriş mərkəzində azarkeş mağazasında qonaq olacaqlar. Allsport.az saytı xəbər verir ki, həmin gün imzalı köynəkləri futbolçulardan almaq mümkün olacaq. Həmçinin bütün məhsullara 40 faiz endirim tətbiq ediləcək.

Onların iştirak etdiyi saatlarda isə alıcıların əlavə olaraq 22 faiz endirimdən yararlanmaq imkanı olacaq. Bildirilir ki, azı 50 azn dəyərində mal almış hər bir şəxsə “Qarabağ”ın qızıl dubl etdiyi mövsüm üçün xüsusi hazırlanmış maykaları hədiyyə ediləcək.

100 AZN dəyərinə mal almış şəxslərə isə “Park Bulvar AVM”də yerləşən “Sport Cafe”dən boulinq oyununa 2-nəfərlik hədiyyə kuponu veriləcək.

Məbləğdən asılı olmayaraq, alış veriş edən hər kəsin 16 yaşa qədər olan övladlarına isə “Tusi-Bohm Planetarium”na bilet hədiyyə ediləcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish