- Baxış sayı: 22
- 12 Dekabr 2024 17:21
- Baxış sayı: 71
- Dekabr 11, 2024
- 0
“Qarabağ” – Avropa liqasının əsas mərhələsinin 4-cü turunda Norveçdə “Bodo/Glimt” ilə üz-üzə gəlib. Allsport.az saytı xəbər verir ki, 8 Noyabr – Zəfər gününə qələbənin təməli elə zəfər yolunun başlanğıcında (27 sentyabr) 27-ci dəqiqədə qoyuldu. İlahi ədalət olaraq, qolu azərbaycanlı futbolçu vurdu.
Toral Bayramovun uzaq məsafədən sol ayaqla havada mükəmməl asma zərbəsi uzaq “doqquzluğa” tuş gəldi. İlk hissədə meydan sahibləri hesabı bərpabərləşdirsə də, “köhlən atlar” dayanmadı, 2-ci yarıda savaş meydandanında olduğu kimi hücumların kəsərini artırdı və 69-cu dəqiqədə Abdullah Zibirlə yenidən önə keçdi.
Tağımımız qalan dəqiqələrdə də mücadilə edərək üstünlüyünü sonadək qorudu və 44-günlük şanlı qələbəyə əlamətdan gündə öz tövhəsini verdi.