- Baxış sayı: 25
- 10 Fevral 2025 11:46
- Baxış sayı: 117
- Fevral 09, 2025
- 0
Topaz premyer liqasının qalibi “Qarabağ”ın yay təlim-məşq toplanışının proqramı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, Qurban Qurbanovun komandası iyunun 13-də Bakıda bir araya gələcək.
Paytaxtda bir həftə hazırlıqdan sonra ölkə çempionu ayın 20-də Avstriyaya yollanacaq. Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq “Qarabağ”ın orada hansı müddətdə toplanışda olacağı çempionlar liqasının püşkünün nəticəsindən asılı olacaq.
Report.az-ın məlumatına görə, mübarizəyə 1-ci təsnifat mərhələsindən qoşulacaq Ağdam klubu ilk oyunu evdə keçirəcəyi halda, iyulun 5-də Bakıya dönəcək. İlk görüş səfərdə olacağı təqdirdə, oradan birbaşa qarşılaşacağı rəqibin ölkəsinə üz tutacaq.