- Baxış sayı: 50
- 29 Noyabr 2024 14:21
- Baxış sayı: 287
- Dekabr 02, 2024
- 0
İsveçrənin “Yanq Boyz” klubu ilə Azərbaycan çempionu “Qarabağ” arasında Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Berndə keçiriləcək ilk oyunda anşlaq olmayacaq. Allsport.az xəbər verir ki, ötən günə qədər bu oyuna cəmi 5000 bilet satılıb.
Bu gün bilet satışında artımın olması gözlənilir. Lakin bu, elə də çox olmayacaq. Yerli azarkeşlərin oyunun keçiriləcəyi 32 min azarkeş tutumuna malik “Stad de Suisse” stadionunu tam doldurması inandırıcı görünmür.
Qeyd edək ki, İsveçrə mətbuatı bu oyuna marağın az olmasını rəqibin – “Qarabağ”ın elə də tanınmış komanda olmaması ilə izah edib.