- Baxış sayı: 44
- 28 Sentyabr 2023 22:53
- Baxış sayı: 29
- Sentyabr 28, 2023
- 0
“Qarabağ” FK-nın direktoru Əmrah Çəlikəl və baş menecer Asif Əsgərov Azərbaycan mətbuat şurasının qonağı olub.
Klubun direktoru MŞ sədri Rəşad Məcidə dəvətə görə təşəkkürünü bildirib: “Dəvətə görə təşəkkür edirik. “Qarabağ” FK mətbuata daim həssas yanaşıb. Media nümayəndələri ilə klubumuz arasında dostluq münasibətləri olub və bundan sonra da davam edəcək. Mətbuat Şurasının rəhbərliyinə media ilə bağlı məsələlərdə göstərdiyi dəstəyə və həssas yanaşmaya görə də təşəkkür edirik”.
MŞ sədri Rəşad Məcid klubumuzun rəsmilərinə minnətdarlıq edib və “Qarabağ”ın uğurlarına həmişə sevindiyini vurğulayıb.