“Qarabağ”ın rəqibi Ərdoğansız qalıb

Avropa liqasının “İ” qrupunda “Qarabağ”ın rəqibi “Sivasspor” ciddi itki ilə üzləşib. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi Ərdoğan Yaşılyurd sıradan çıxıb. O, 6-cı turda “Kayserispor”la oyunda (3:1) topuğundan zədələnib.

Futbolçunun 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bu səbəblə o, noyabrın 5-də bizimkilərlə oyunu buraxacaq. “Köhlən atlar” Türkiyə klubu ilk görüşü noyabrın 5-də səfərdə keçirəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish