“Qarabağ”ın rəqibi baş məşqçini istefaya göndərdi

“Olimpiakos” baş məşqçi Karlos Korberan ilə vidalaşıb. Allsport.az saytı xəbər verir ki, 39 yaşlı mütəxəssis yerli çempionatın 5-ci turunda “Aris”ə səfərdə 1:2 uduzduqları oyundan sonra istefaya göndərilib.

İspaniyalı mütəxəssis avqust ayında Pirey klubunun başına keçmişdi. “Qarabağ” Avropa liqasının “G” qrupunda rəqibə ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə oktyabrın 13-də Bakıda keçirəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish