- Baxış sayı: 32
- 14 Oktyabr 2024 23:44
- Baxış sayı: 61
- Oktyabr 11, 2024
- 0
Fransanın “Marsel” klubunda ab-hava pozulub. Allsport.az xəbər verir ki, bu haqda “L’Epuipe” nəşri məlumat yayıb.
Məlumata görə, futbolçularla baş məşqşçi Xorxe Sampaoli arasında problemlər yaşanır. Futbolçuların argentinalı mütəxəssisi ciddiyə almadığı, verdiyə tapşırıqlara bivec yanaşdığı iddia olunur. Bu səbəbdən oyunçular onun verdiyi göstərişləri meydanda tətbiq edə bilmirlər.
Bildirilir ki, “Marsel”in ölkə kubokunun 1/4 finalın ”Nitsa”ya 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırmasından sonra gərginlik daha da artıb.
“Marsel” Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibidir. Bu komandaların ilk oyununu fevralın 17-də səfərdə, cavab matçı isə bundan 1 həftə sonra Bakıda keçirəcək.