“Qarabağ”la oyun ərəfəsində “Olimpiakos”un 2 əsas futbolçusu zədələnib

“Olimpiakos” klubunun 2 əsas futbolçusu zədələnib. Allsport.az saytı xəbər verir ki, çex millisinin qapıçısı Tomaş Vatslik millətlər liqasının 6-cı turunda İsveçrə ilə oyunda sıradan çıxıb. Cənubi koreyalı Hvan Uy Co isə Kameruna qarşı yoldaşlıq görüşündə zədə alıb.

72-ci dəqiqədə matça daxil olan hücumçu, 10 dəqiqə sonra əvəzlənib. Məlum olub ki, onda əzələ ağrısı var və müalicəyə düzgün yanaşsa, tezliklə sıraya dönəcək. Bu futbolçuların “Qarabağ”da oyunda iştirak edib-etməyəcəyi hələlik müəyyənləşməyib.

Oktyabrın 6-da Yunanıstan təmsilçisi ilə matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında növbəti görüş oktyabrın 13-də Bakıda olacaq. 

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish