- Baxış sayı: 195
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 195
- Dekabr 05, 2025
- 0

Premyer liqanın koronavirus pandemiyasına görə dayandırılan 2019/20 mövsümü “Qəbələ” üçün əlamətdar hadisə ilə yadda qalıb. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” çempionatda 500-cü qolu vurub.
Bu, “Zirə” ilə səfər matçına təsadüf edib. Rövlan Muradov tarixi qolun müəllifi olub.
Komandanın ilk qolu isə 2006-cı ildə qeydə alınıb. Vüsal Qarayev İmişlidə “MKT-Araz”ın qapısına yol tapıb.