“Qartallar” evdə Slovakiya klubunun “qanını içdi”

Bu gün “Zirə” konfrans liqasının 2-ci təsnifatının ilk oyununda evdə Slovakiyanın “DAK-1904” klubu ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, “Dalğa arena”da “qartallar” ötən görüşdə olan səhvlərdən nəticə çıxarıblar, rəqib qapısından 4:0 cavabsız top keçiribllər. 

Əslində, Avropa liqasının ilk ələməsinə də “mavi-qırmızı” uğurla başlamışdılar. Moldovada “Şerif”ə 1:0 qalib gələn “Zirə”, paytaxtda da 1:0 öndə olmasına rəğmən, yersiz qırmızı vərəqə ilə işini çətinləşdirmiş, qonaqlar 2 qol vuraraq matçı penaltilərə daşımış və “lotoreya”da 5:4 sevinmişdilər.

Tərəflər arasında cavab görüşü 1 həftə sonra Slovakiyada baş tutacaq. Bu mərhələni adlayan klub 3-cü seçmədə “Osiyek” (Xorvatiya) – “Levadia” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan