- Baxış sayı: 76
- 13 Fevral 2026 20:36
- Baxış sayı: 233
- Fevral 13, 2026
- 0

“Zirə” qış təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib.
Allsport.az xəbər verir ki, “qartallar” Çex respublikasının “Bohemians” klubu ilə qarşılaşıb.
Antalyada baş tutan qarşılaşma Rəşad Sadıqovun rəhbərlik etdiyi komandanın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
“Zirə”nin yeganə qolunu 41-ci dəqiqədə Ruan Renato vurub.