- Baxış sayı: 43
- 21 Mart 2025 14:42
- Baxış sayı: 50
- Mart 20, 2025
- 0
İsveçrənin Sankt Moritz şəhərində keçirilən qarüstü polo üzrə dünya kuboku ölkəmizi “Azerbaijan – Land of Fire” komandası təmsil edib.
Allsport.az xəbər verir ki, təmsilçisimiz keçirdiyi bütün görüşlərdə əzmkarlıq nümayiş etdirərək rəqiblərini məğlub etmiş və turnirin final qarşılaşmasına vəsiqə qazanmağı bacarıb.
Belə ki, heyəti kapitan Elçin Camallı (+2 handikap, Azərbaycan), Adrian Laplacette (+6 handikap, Argentina), Raul Laplacette (+6 handikap, Argentina), Tərlan Qurbanəliyev (0 handikap, Azərbaycan) və Əli Rzayev (0 handikap, Azərbaycan) kimi beynəlxalq səviyyədə təcrübəli və güclü oyunçulardan ibarət komanda turnirin 24 yanvarda keçirilən ilk oyununda İsveçrənin “The Kusnacht Practice” komandası ilə qarşılaşaraq 5-5.5 hesabı ilə qalib gəlib..
25 yanvarda baş tutan ikinci oyunda isə komandamız ABŞ-ın “World Polo League” klubunu 3.5-3 hesabı ilə məğlub edərək finala vəsiqəyə qazanıb.
Turnirin son və final oyunu 26 yanvar tarixində keçirilib.
İsveçrənin “The Kusnacht Practice” komandası ilə gərgin keçən mübarizə şəraitində “Azerbaijan – Land of Fire” 5-4,5 hesabı ilə turniri ikinci yerdə tamamlayıb.