- Baxış sayı: 89
- 12 May 2025 19:30
- Baxış sayı: 89
- May 12, 2025
- 0
Azərbaycan güləş federasiyası bölgələrdə güləş infrastrukturunun yenidənqurulması istiqamətində silsilə tədbirləri davam etdirir.
Allsport.az xəbər verir ki, bu proqram çərçivəsində növbəti tədbir Qazaxda baş tutub. Zəngin güləş ənənələri olan Qazaxda bu idman növünün daha da inkişaf etdirilməsi AGF üçün prioritet təşkil edir. Bu məqsədlə Qazax şəhəri Heydər Əliyev prospektində yerləşən güləş zalı AGF 2 dəst güləş xalçası və inventarla təmin edilib.
Güləş zalıyla tanışlıq zamanı AGF-nin baş katibi Nəsimi Musayev, Qazax-Tovuz regional gənclər və idman idarəsinin rəis müavini Elçin Cəfərov, Qazax UGİM-in direktoru Rəhim Namazov, AGF-nin baş katibinin müavini Orxan Məmmədov və əməkdar məşqçi Ramiz Tağıyev çıxış edərək ürək sözlərini çatdırıblar. Federasiya tərəfindən bölgələrdə güləşin inkişafı üçün atılan bu cür addımların böyük önəm kəsb etdiyi bildirilib və idmançıların yaradılan bu şəraitdən maksimum istifadə etmələri tövsiyə edilib.
Məşqçi Toğrul Sadiqinin rəhbərliyi altında 40-a yaxın yeniyetmə və gənc bu zalda sərbəst güləşlə məşğul olur. Qızlar arasında U15 ölkə birinciliyində bürünc medal qazanan Nəzrin Umudlu (46 kq) bu zalın yetirmələrindəndir.