- Baxış sayı: 27
- 03 Dekabr 2024 19:58
- Baxış sayı: 285
- Dekabr 02, 2024
- 0
Tofiq Bəhramov adına Respublika stadionunun qazonuna baxan “Football & Sports Management LTD” şirkəti bu gün bəyanat yayıb. Allsport.az sizi həmin bəyanatla tanış edir:
“FSM şirkəti “Qarabağ” və “Yanq Boyz” komandaları arasında baş tutacaq oyundan əvvəl Respublika Stadionunun bərpası işlərinə davam edir. Bu oyundan əvvəl meydançada bərpa işləri yerinə yetirilib.
Son həftələr Respublika stadionundakı qazonun vəziyyəti haqqında bir çox fikirlər söyləndi. Futbol meydançalarının müntəzəm qaydada yenilənməsi – dünyanın hər bir stadionu üçün standart və məcburi prosedur hesab edilir. Sirr deyil ki, İngiltərə Premyer Liqası klublarının meydançaları bütün futbol mütəxəssisləri üçün nümunədir. İngiltərədə stadionlar bərpa işlərinə görə ən azı 10 həftə bağlı qalır. Qeyd edək ki, bu ölkələrdə meydançalar çox nadir hallarda istifadə edilir və az yüklənir, belə ki, onlar yalnız oyunların keçirilməsi zamanı istifadə edilir, bütün məşqlər isə ehtiyat və təlim meydançalarında yerinə yetirilir. Təəssüf ki, Azərbaycan şəraitində belə lüks mümkün deyil – burada meydançalar azdır, klublar isə avro mövsümü iyulun əvvəlində – ortasında, yəni mövsümün bitməsindən bir ay sonra başlayır.
Tofiq Bəhramov adına stadionun ot örtüyü ilə də eyni hal baş verdi. Stadion məşğul olduğu üçün mövsümün sonunda bərpa işləri yerinə yetirilə bilmədi, beləliklə mövsümün ilk oyunu üçün hazırlıqlara yalnız 12 gün qaldı. Oyunların sıx cədvəli nəticəsində şirkətin təsərrüfat xidmətini yerinə yetirən heyət bərpa işlərini yeganə münasib intervalda – oyunlar arası zamanda yerinə yetirməyə məcbur oldu.
Yaranmış problemin əsas səbəbi, ilkin amili temperaturunun yüksək olması idi, hər şey havanın isti olması ilə başladı, belə ki, yüksək temperatur otun aşağı qatını yandırır. Məhz bu səbəbdən ot örtüyü üçün çətin dövrün ötməsini asanlaşdırmaq məqsədilə yay mövsümündə bərpa prosesi yerinə yetirilir.
Yeni və güclü otun böyüməsinə şərait yaratmaq məqsədilə otu tamamilə kəsirlər. Bir çox insanlar səhvən elə hesab edirlər ki, bərpa işləri zamanı qazonun güblərənməsi kifayətdir, yəni qazon gübrə ilə nə qədər çox zənginləşdirilərsə, bir o qədər möhkəm olar. Lakin bu belə deyil, çünki qazon əsas qidanı fotosintez məhsullarından alır. Yüksək temperatur zamanı bu psosses zəifləyir, temperatur 35 dərəcədən çox olduqda isə bu prosses tamamilə dayanır və bitkilər anabioz vəziyyətə düşür, yəni bitkilər bu şəkildə bütün həyat prosseslərinin dayandırır və heç bir kimyəvi qoruyucu vasitələri qəbul etmir. Şirkət bütün bu amilləri nəzərə almış və bütün mümkün tədbirləri görmüşdü.
Lakin temperaturun kəskin artması ilə meydançanın böyük bir hissəsi yükə davam gətirmədi. Bu sort ot örtüyünün davam gətirəcəyi temperatur rejimi əhəmiyyətli dərəcədə yüksəlmişdi. 30-35 dərəcəlik orta sutkalıq temperaturda qazon normal şəkildə inkişaf edir. İyulun ikinci ongünlüyündən bugünədək yüksək temperatur davam edir. Şirkət müvafiq avadanlıqlarla təchiz olunub və hər zaman vaxtaşırı torpağın temperaturunu təsbit edib. Havanın temperaturu gündüz saatlarında 47-50, gecə saatlarında 32-35 dərəcə təşkil edib.
Respublika stadionundakı ot örtüyünün növü isti havada zəif inkişaf edir. Oxucularımızın bütün suallarını eyni zamanda cavablandırmaq və Birləşmiş Ərəb Əmirlikləri və digər tropik ölkələrdə qazonun mükəmməl vəziyyətdə saxlanması haqqında yayılmış “Nə üçün bu orada mümkündür, bizim iqlimdə isə bu problemə çevrildi” kimi fikirləri və mifləri təkzib etməyi çox istərdik.
Bu ölkələrdə bütün il yay fəsli davam edir və qazon günəşin təsirinə daha davamlı, lakin aşağı temperatura davamsız olur. Ekstremal temperatur dəyişmələri müşahidə edilməyən sabit iqlimli ölkələrdə belə otu istifadə etmək olar. Lakin bu ot növü bizim iqlimə uyğun deyil və bu bizim üçün daha çox çətinlik yaradır; biz həm soyuq qışa, həm də isti yaya hazırlaşırıq, bu isə asan deyil. Misal üçün, hal hazırda “Bakcell Arena” stadionunda otun yay sortunun qış sortu ilə əvəz edilməsi üzrə yeniləmə işləri yerinə yetirilir. Belə ki, 2012-ci ildən sahəyə yay ot sortu səpilmişdi, hansı ki, sentyabr ayından may ayına kimi dinclik dövründə olur. Təəssüf ki, bütün iqlim zonalarına uyğun gələn ot növü mövcud deyil, hər birinin öz müsbət və mənfi cəhətləri var.
Respublika Stadionu ilə bağlı məsələyə gəldikdə isə, deyə bilərik ki, qazonun vəziyyəti orta səviyyədədir. Sahədə bol suvarma işləri həyata keçirilir. Aerasiya və sıxlaşdırma işləri – torpaqda şaquli dəliklərin açılması, sahənin səpinə hazırlanması planlaşdırılır. Həmçinin maye gübrənin – N tərkibli yüksək biokütlənin tətbiqinin ilk mərhələsi nəzərdə tutulur. Meteoroloqların verdiyi məlumata görə bu həftənin sonu temperaturun nisbətən enməsi gözlənilir, bu isə ot örtüyünün bərpasına müsbət təsir göstərəcək. Qazonun “Qarabağ”ın ev oyununadək əhəmiyyətli dərəcədə yaxşılaşacağına və sentyabr ayının ortalarına kimi tam bərpa olunacağına ümid edirik.
Biz, özümüzə bəraət qazandırmırıq və nəzarətimiz altında olan idman obyektlərində baş verən hadisələrə görə məsuliyyət daşımağa davam edirik. Buna baxmayaraq biz, hər bir Azərbaycan vətəndaşı üçün mühüm olan stadionda baş verən hadisələrin gedişi haqqında məlumat verməyi özümüzə borc bildik, eləcə də, bu məsələ ilə bağlı cəmiyyəti maraqlandıran bütün suallarına cavab verməyə hazırıq”.