Qitə çempionatında 9-cu olub

Belçikanın Hazevinkel şəhərində akademik avarçəkmə üzrə U-23 Avropa çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, qitə birinciliyində 30 ölkədən 200-dən çox avarçəkən mübarizə aparıb. Azərbaycanı bu yarışda Ziya Məmmədzadə təmsil edib.

O, yüngül çəkili avarçəkənlərin mübarizəsində 2000 metr məsafəyə yürüşdə təsnifatı uğurla adlayıb. Yarımfinalda təmsilçimiz “B” finalına vəsiqəni təmin edib. Bu mərhələdə avarçəkənimiz finiş xəttinə 3-cü çatıb.

Yekun nəticədə, Avropa çempionatını 9-cu sırada başa vurub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish