- Baxış sayı: 44
- 24 Mart 2023 15:55
- Baxış sayı: 93
- Mart 26, 2023
- 0
Fiqurlu konkisürmədə Avropa çempionatının iştirakçılarının siyahısı açıqlanıb. Allsport.az xəbər verir ki, Finlandiyanın Espoo şəhərində yarışda Azərbaycan yığması da təmsil olunacaq.
Ölkəmizin təmsilçiləri iki növdə sifariş olunub. Yanvarın 23-dən 29-dan keçiriləcək sınaqda kişilərin mübarizəsində Vladimir Litvintsev buz üzərinə çıxacaq. O, karyerasında 4-cü dəfə qitə çempionatına qatılacaq.
İdman rəqslərində Samanta Ritter və Daniel Brikalov mübarizə aparacaq. Duet ilk dəfə qitə çempionatında çıxış edəcək.
2022-ci ildə Avropa çempionatında Azərbaycandan Vladimir Litvintsev, Yekaterina Ryabova və Yekaterina Kuznetsova/Aleksandr Kolossovski dueti iştirak edib.