- Baxış sayı: 52
- 02 İyun 2025 20:38
- Baxış sayı: 83
- İyun 17, 2025
- 0
Mayın 12-də Bolqarıstanın paytaxtı Sofiyada gənclər arasında kamandan oxatma üzrə Avropa kubokuna start verilib.
Allsport.az xəbər verir ki, Azərbaycan komandası yarışlarda səkkiz idmançı ilə (Fatimə Hüseynli, Sümeyyə Bədəlli, Yağmur Qurbanlı, Zəhra Carçılı, Zahid Kazımzadə, Nurlan Rəhimli, Sərdar Vəliyev, İslam İsmayılov) təmsil olunur.
Ümumilikdə 18 ölkədən 204 idmançının qatıldığı beynəlxalq turnirin açılış mərasimi və məşq sessiyaları mayın 12-də baş tutub. Bu gün oxatanlar sıralama turuna başlayıblar.
Avropa kubokuna mayın 17-də yekun vurulacaq.