- Baxış sayı: 27
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 230
- Noyabr 04, 2024
- 0
Şüvəlan qəsəbəsində ağır atletika akademiyasında 15 və 17 yaşadək qızlar arasında Azərbaycan birinciliyinə start verilib. Allsport.az saytı xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.
Qaliblər mütləq çəkidə Sinkleyr cədvəlinə əsasən müəyyən edilib. Yaşı 15-ə qədər olan qızların mübarizəsində toplam 146 kq (65+81) nəticə və 190.4 xalla Fidan Mirzəzadə qalib gəlib. Sonrakı yerləri müvafiq olaraq 112 kq (47+65) və 187.8 xalla Selcan Qarayeva və 117 kq (52+65) nəticələrlə 166.3 xalla Fazilə İmanova tutublar.
Yaşı 17-yə qədər olan qızların yarışında isə çempion adına toplam 140 kq (61+79) nəticə və 192.1 xalla Anna Opanasyuk layiq görülüb. Gümüş medalı 111 kq (50+61) nəticə və 180.2 xalla Günel Muxtarlı, bürüncü isə toplam 108 kq (48+60) nəticə və 141.5 xalla Çinarə İbrahimli qazanıb.