Qocaelidən 3 medalla

Millimiz Türkiyənin Qocaeli şəhərində karate1 “A” sıralamasını 3 medalla başa vurub. Allsport.az saytı xəbər verir ki, Fidan Teymurova (50 kq) yarışın qalibi olub.

Mədinə Sadiqova (55 kq) və Nuran Rzazadə (67 kq) dünya karate federasiyasının bu mötəbər turnirində 3-cü yer tutublar.

Beynəlxalq hakimlərimizdən Şahin Xudaverdiyev, Akif Kərimov, Rənad Əliyev, Mehman Mədətov və Mayis Mədətov yarışı idarə edənlər arasında olublar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish