Qocalar evində bayram tədbiri

AFFA-nın təşkilatçılığı ilə Bilgəh qəsəbəsində yerləşən qocalar evində qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü” və Təqvim ili əlaqədar bayram tədbiri keçirilib. 

Allsport.az saytı xəbər verir ki, toplantıda çıxış edən AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, Şamaxı regional futbol məktəbinin əlaqələndiricisi Vəli Qasımov, kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov, futbolun sosial məsuliyyəti üzrə menecer Kifayət Mustafayeva, eləcə də müharibə və əmək əlilləri üçün pansionatın direktoru Samirə Mehdiyeva mərkəzdə məskunlaşan qocaları salamlayıb, onları qarşıdan gələn bayramlar münasibətilə təbrik ediblər.

Sonra AFFA tərəfindən onlara müxtəlif hədiyyələr təqdim olunub. Sözügedən mərkəzdə artıq 5 aya yaxındır ki, AFFA tərəfindən təyin olunmuş məşqçinin iştirakı ilə həftədə 2 dəfə olmaqla futbol dərsləri (“Gəzinti futbolu” layihəsi) keçirilir.

Həmin kateqoriyadan